• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 05.05.2023 19:50

"Riyaziyyat gecəsi" təşkil olunub

KepezTV Player

Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika, Fizika və texniki fənlər fakültələrinin 4-cü kurs tələbələri məktəb şagirdləri ilə birgə ulu öndər Heydər Əliyevin 100 illiyinə əsr olunan Riyaziyyat gecəsi təşkil ediblər. Tədbir zamanı ümummilli liderin təhsilin inkişafına böyük önəm verdiyi, təhsil sektorunda misilsiz işlər gördüyü vurğulanıb. Pedoqoji təcrübə çərçivəsində baş tutan Riyaziyyat gecəsində tələbələr şagirdlərə riyaziyyatın sirlərini öyrədib, məşhur riyaziyyatçıların həyat və yaradıcılığından söz açıblar. Daha sonra məktəblilər öyrəndikləri riyazi biliklər əsasında səhnəciklər nümayiş etdiriblər.