• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 05.05.2023 19:55

Beynəlxalq konfransda elmin müasir problemləri müzakirə edilib

KepezTV Player

Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisadi elmlərin aktual problemləri” mövzusunda belnəlxalq elmi konfrans keçirilib. Yerli və xarici elm adamları ulu öndərin elmin inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər. Müasir dövrdə təbiət elmləri və iqtisadi sahədə mövcud olan qlobal çətinliklərin həlli vacib məsələlərdən olduğu vurğulanıb. Atılan ardıcıl addımların Azərbaycan hüdudlarında sadalanan amillərin təsir gücünü azaltdığı, bu baxımdan dövlətin düşünülmüş siyasəti önə çəkilib. Konfransda qarşıda dayanan həlli vacib məsələlərin elmi yanaşmalar və təcrübə mübadiləsi ilə həllinə nail olunacağı bildirilib.