• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 05.05.2023 20:00

Heydər Əliyevin ruhuna ehsan verilib

KepezTV Player

Gəncədə, eləcə də qərb bölgəsinin bütün məscidlərində bu gün qılınan cümə nazamaında ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub. İmamzadə ziyarətgahında reallaşan dini mərasimdə də dahi şəxsiyyatin xatirəsi anılıb, onun ölkədə dövlət-din münasibətlərinin formalaşması, dinin icmaların fəaliyyətinə şərait yaradılması, ibadətgahların təmir və tikinsi sahəsində əməli fəaliyyəti təqdir edilib. Heydər Əliyevin əvəzsiz xidmətlərindən, xüsusən də dini sahəyə olan qayğısından söz açılıb, Azərbaycandakı müasir tolerantlıq mühitinin və sabitliyin formalaşmasının məhz onun müdrik, məqsədyönlü siyasətinin nəticəsində bərqərar olduğu vurğulanıb. Qurani-Kərimdən surələr oxunub, ziyarətgahın mərasim zalında ehsan süfrəsi açılıb, dahi rəhbərin adına xütbə və moizələr oxunub.