KepezTV Player
Azərbaycan Mərkəzi Bankı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib. Tədbirdə ulu öndərin ölkəyə rəhbərliyi dövründə inflyasiya, büdcə kəsirinin dəfələrlə azaldıldığı, məzənnənin sabitləşdirildiyi, manatın ölkədə yeganə ödəniş vasitəsinə çevrildiyi qeyd edilib. Bildirilib ki, digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Bank sistemi sağlamlaşdırılıb, maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub.
- Baxış: 248