• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 04.05.2023 19:36

İƏT Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratmaq qərarını tanıyıb

KepezTV Player

İslam Əməkdaşlıq Təşkilatı Baş katibliyi Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tanıyıb. Bu barədə təşkilatın bəyanatında bildirilib. "İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış, bütün digər məsələlərlə yanaşı hərbi fəaliyyətlərin dayandırılmasının bəyan edildiyi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatlarına istinad edir və üçtərəfli bəyanatın ruhuna uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır. Baş katiblik sərhəd təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan hökumətinin səlahiyyəti olduğunu, milli təhlükəsizlik, dövlət suverenliyi və qanunun aliliyi üçün zəruri olduğunu tanıyır", - deyə bəyanatda bildirib.