• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 04.05.2023 16:10

“Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

KepezTV Player

“Heydər Əliyev İli” çərçivəsində Şəmkirin Kür qəsəbəsində, 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Şəmkir Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə reallaşan tədbirdə ümummilli Liderin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açılıb. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasətdən danışılıb. Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən söz açan natiqlər dahi şəxsiyyətin Şəmikirə səfərlərini xatırlayıb, onun şəxsi təşəbbüsü ilə Şəmkirdə inşa olunan strateji obyektlərin əhəməyyyətindən söz açıblar. Məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub, şerlər səsləndirilib. Sonda Texnofest festivalında iştirak etməklə məktəbin imicini yüksəldən şagirdlərə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.