Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan 2 günlük tədbirin açılışı ulu öndərin adını daşıyan Mərkəzdə baş tutub. Çıxışlarda konfransın mövzusunun aktuallığına diqqət çəkilib. Müzakirə ediləcək süni intellekt, robototexnika və informasiya texnologiyaları, qida sənayesində, maşınqayırma, nəqliyyat və logistikada, dizaynda innovativ texnologiyalar kimi mövzuların müasir dövrün tələblərinə uyğunluğu baxımından xarakterizə edilib. Eləcə də logistika və nəqliyyatda, metal və materiallarda, rəqəmsal iqtisadiyyatın marketinq və menecmenti, turizm sənayesində və ekologiyada, multikultural təhsildə, yaşıl iqtisadiyyat və dayanıqlı inkişafda müasir yanaşmalar müzakirə predmeti olacaq. Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan, Belarusdan və İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan nümayəndələrin iştirakı ilə konfrnas plenar iclaslarda elmin aktual məsələlərindən danışılır.
- Baxış: 308