KepezTV Player
Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün vasitəçilik uğrunda yarışır. İrəvan nə qədər sülh masasına oturmaq istəməsə də, ABŞ-nin səyləri nəticəsində Ermənistan danışıqlara qayıdıb. Vaşinqton formatı cəlbedici olsa da, ekspertlər bu “rəqabətdə” bir çox yanaşmaların Azərbaycanı qane etmədiyini bildirirlər. Ekspertlərin fikrincə, sülh sazişi beynəlxalq normalar əsasında bağlanmalıdır. Sülh istiqamətində Azərbaycanın atdığı addımlarından bəzi güc mərkəzlərin narahat olması bu mənada ciddi suallar doğurur.
- Baxış: 201