• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 02.05.2023 16:10

Hikmət Hacıyev NATO rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

KepezTV Player

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katler arasında görüş keçirilib. Tərəflər NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, həmçinin enerji təhlükəsizliyində Azərbaycanın rolu barədə danışıblar. H.Hacıyev və D.Katler eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar.