• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 29.04.2023 20:41

Marafon yarışı təşkil edilib

KepezTV Player

Gəncədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan “Əzm marafonu” adlı yarış keçirilib. Yarış Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Evi və Azərbaycan Texnologiya Universiteti tərəfindən təşkil edilib. Gənclər Evinin qarşısından start götürən marafonun rəsmi hissəsində ulu öndərin idmana göstərdiyi diqqətdən, eləcə də bu gün dövlət rəhbəri tərəfindən edilən qayğıdan danışılıb. Bunun nəticəsidir ki, idmançılarımız xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında və olimpiadalarda üç rəngli bayrağımızı dağlalandıraraq, himnimizi səsləndirir. "Əzm marafonu"nun keçirilməsi də gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm əhəmiyyət kəsb edir. Yarışa qatılan iştirakçılara qaydaları izah edildikdən sonra marafon start götürüb. İştirakçılar “Zəfər Tağı”nadək ümummi uzunluğu 3 kilometrlik məsafə qət ediblər. Marafonda 16 yaşdan yuxarı yeniyetmə və gənclər eləcə də orta yaşlı insanlar iştirak edib. Sonda qaliblər təşkilatçılar tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıblar.