• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 29.04.2023 20:39

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “Hyundai” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Kənan Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.