• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 29.04.2023 16:37

Ağır qəzada 3 nəfər ölüb, yaralananlar var

KepezTV Player

Ağstafada VAZ 2107 və Toyota markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. VAZ 2107 markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölüb. TƏBİB-dən verilən məlumata görə, 5-i kişi, 3-ü qadın olmaqla 8 nəfər xəsarət alıb və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Daha sonra xəsarət alan 1 nəfər kişi də Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Fakt araşdırılır.