• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 29.04.2023 20:29

Şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunan olimpiada keçirilib

KepezTV Player

Gəncə Dövlət Universitetində Zəfər tarixi və Qələbə tarixi üzrə olimpiada təşkil edilib. Şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunan olimpiadanın açılış mərasimində şəhidin həyat və döyüş yolundan bəhs olunub. Çıxış edənlər yetişməkdə olan gənc nəslin məhz bu cür qəhrəmanlardan örnək götürməli olduqlarını vurğulayıblar. Rəsmi hissədən sonra məktəblilər 1 saat davam edən imtahanda sualları cavablandırıblar. Bilik yarışında Gəncə də daxil olmaqla, qərb bölgəsinin şəhər və rayonlarında  fəaliyyət göstərən ümumtəhsil müəssələrinin yuxarı sinif şagirdləri iştirak ediblər. Olimpiadaya 50-yə yaxın məktəbdən ümumilikdə 350-dən çox məktəbli qatılıb.