• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 28.04.2023 18:59

Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə konsert olub

KepezTV Player

Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər. Konsertdən əvvəl görkəmli alim, həkim Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub. Konsert akademik haqqında filmin nümayişi ilə başlayıb. Sonra isə səhnə “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət ediblər.