• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 28.04.2023 20:03

İlk dəfə olaraq 98 nəfər 250 baldan çox nəticə göstərib

KepezTV Player

Bu ilki buraxılış imtahanlarının nəticələri Gəncə məktəbliləri üçün daha ürəkaçandır. 98 şagird 250 baldan yuxarı nəticə göstərib. 1 nəfər isə ilk dəfə 293 bal toplayıb.

Buraxılış imtahanında ən yüksək balı 32 nömrəli orta məktəbin şagirdi Səlminaz Orucova toplayıb. Bununla o şəhər üzrə rekorda imza atıb. Onun təhsil aldığı məktəbin 92 şagirdindən 13 nəfəri imtahanlarda 200 baldan yuxarı nəticə verib.

39 nömrəli məktəbin 182 məzunundan 10-unun göstəricisi 250 baldan yuxarıdır. Digər bir məqam təhsil ocağının 3 şagirdinin respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanmasıdır.

Bu tədris ilində Gəncə-Daşkəsən regional təhsil idarəsinin tabeliyində olan rayonların da orta məktəblərində məzunların da nəticələri yüksəkdir.

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi isə mayın 20-dən iyulun 23 kimi təyin olunan qrafiklə davam edəcək. Abituriyentlərin buraxılış imtahanında toplanılan balla qəbul imtahanında əldə edilən nəticə toplandıqdan sonra ali məktəblərə seçim mərhələsi başlayacaq.