Ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafına verdiyi töhfələr Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda danışılıb. Ümummilli liderin anadan olmasının 100 illik yubleyinə həsr olunan “Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda elmi praktik konfransda Sovet dövründə Azərbaycanın kənd təsərrüfatında dəfələrə keçici bayraqlar aldığı vurğulanıb. Dahi şəxsiyyətin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs edilərək bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkilib. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunduğu qeyd edilib.
- Baxış: 183