• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 28.04.2023 10:45

Ceyhun Bayramov: "Son iki il yarımda Fransadan Ermənistana çağırış görmədik"

KepezTV Player

“Laçın yolu açıqdır və bundan sonra da açıq olaraq qalacaq” Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransalı həmkarı Katrin Kolonnayla təkbətək görüşündən sonra mətbuata açıqlamasında deyib. İki nazir Laçın yolundan əlavə Ermənistan və Azərbaycan arasında sülh prosesi, Fransanın münaqişənin həllində tutduğu mövqe ətrafında da müzakirələr aparıblar.

Fransanın iki il yarım ərzində Ermənistana hansısa çağırış etdiyini görmədik” Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı ilə keçdiridyi mətbuat konfrasında açıqladı. Nazir vurğulayıb ki, Azərbaycan açıq və şəffaf şəkildə öz Konstitusiyasına uyğun addım atır. Ermənistan isə qeyri-qanuni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmır.
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanla və Ermənistan arasında sülh üçün şansın olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsini alqışladığını qeyd edib.
Fransalı nazirin Laçında qurulan sərhəd keçid məntəqəsi  haqqında açıqlamasına cavab verən Ceyhun Bayramov  bildirdi ki,  rəsmi İrəvan Laçın yolunda paralel nəzarət təklifindən imtina edib. Nəticədə rəsmi Bakı yola şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb.
"Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı."- deyən Ceyhun Bayramov Ermənistanın uzun çağırışlardan sonra yenidən prosesə döndüyünü açıqlayıb. Azərbaycan tərəfinin prosesi irəliyə aparmaq üçün həmişə hazır olduğu vurğulanıb.İtkin düşən şəxslər, qaçqınların geri qayıtması kimi məsələlərin də iki tərəf arasında imzalanacaq sülh müqaviləsində qeyd olunacağı bildirilib. Görüş zamanı Azərbaycan və Fransa arasındakı əlaqalərin güclü bazasının olduğu da vurğulanıb.