KepezTV Player
Gəncə şəhəri, Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktının qarşısı alınıb. Baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın dam örtüyünün söküldüyü müəyyən edilib. Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən dərhal alınıb və aparılan qanunsuz təmir işləri dayandırılıb. Dövlət Xidmətindən bildirilib ki, faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət olunub və birgə qanuna müvafiq tədbirlər görülməkdədir. O da qeyd olunub ki, qanunvericiliyi pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrin üzərində aparılacaq işlərin layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir.
- Baxış: 205