• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 26.04.2023 19:58

Özbəkistan - Azərbaycan qarşılıqlı təcrübə mübadiləsi

KepezTV Player

Özbəkistanın Termez Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun 6 nəfərlik nümayəndə heyəti Gəncədə səfərdədir. İnstitutunun tədris işləri üzrə prorektoru, dekanları, bitki mühafizə sahəsi üzrə tədqiqatçı professorları Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə görüşüb. Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Birgə məqalələr, beynəlxalq konfranslar, qarşılıqlı təcrübə mübadiləsi, meyvəçilik, pambıqçılıq, tərəvəzçilik istiqamətində gələcək perspektivlər haqda söhbət açılıb, qarşılıqlı əlaqələri daha da genişləndirmək üçün addımların atılmasının vacibliyi vurğulanıb.