• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 26.04.2023 20:01

“Heydər Əliyevin 100 illiyi yubiley" medalı təsis edilib

KepezTV Player

“Heydər Əliyevin 100 illiyi  yubiley medalı təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. Sənədə əsasən, yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan  və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə, Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə; azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə təlif edilirlər.