KepezTV Player
Azərbaycan Basketbol Liqasında XXVIII tura start verilib. Turun açılış oyununda "Gəncə" "Sərhədçi"nin qonağı olub. Qarşılaşma pley-off mərhələsinə vəsiqəni təmin edən Qərb təmsilçisinin 102:85 hesablı qələbəsi ilə başa çatıb. "Sarı-göylər"dən ən məhsuldar basketbolçu Kollin Törner olub. Amerikalı 28 xal toplayıb və 9 asist edib. Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Gəncə" liderliyə yüksəlib. 42 xalı olan "Sərhədçi" isə 5-ci pillədə qalıb.
- Baxış: 462