• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 26.04.2023 16:05

Zərifə Əliyevanın 100 illiyi qeyd edilib

KepezTV Player

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Gəncədə elmi-praktiki konfrans keçirilib. Konfransda Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığından bəhs edilib. Onun xalqına, peşəsinə sadiq Azərbaycan qadını olduğu vurğulanıb. Görkəmli alimin insanlara nur bəxş etdiyi, oftalmoloji xəstəliklərin profilaktikası üsulları ilə məşğul olduğuna diqqət çəkilib.