• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 22.04.2023 20:02

"Gəncə" qalib gəlib, ikinci pilləyə yüksəldi

KepezTV Player

Gəncə klubu basketbol üzrə Azərbaycan Liqasında növbəti oyununu keçirib. Nizami yurdunun təmsilçisi 27-ci turun görüşləri çərçivəsində 2-ci yer uğrunda mübarizədə əsas rəqibi olan NTD-ni qəbul edib.

Yerli Olimpiya İdman Kompleskində baş tutan oyun həm gərgin, həm də maraqlı keçib. Qarşılaşmanın əvvəlində tərəflər başa-baş mübarizə aparıblar. Ancaq ilk hissənin əvvəlində qonaqlar ard-arda atışlarla hesab arasında fərqi böyüyüb. Hətta ikinci yarının ortasında bakılılar 12 xallıq fərqlə öndə olublar. Yavaş-yavaş özünə gələn ev sahibləri fasiləyədək vəziyyəti yaxşılaşdıra biliblər. Böyük fasilədə maraqlı müsabiqə təşkil olunub. Topu səbətə ata bilən qız və oğlan yeniyetmələrə klub tərəfindən şərf hədiyyə olunub. 3-cü hissəyə isə Gəncə yaxşı başlayıb. Hücumlar zamanı 2 və 3 xallıq atışlar yerinə yetirən sarı-göylərin oyunçuları, həmçinin yaxşı müdafiə olunaraq hesabı xeyirlərinə dəyişə biliblər. Azarkeşlərin möhtəşəm dəstəyi sayəsində 4-cü periodda 6-7 xal irəli çıxan Gəncə sonadək üstünlüyünü qoruyaraq 95-92 hesabıyla qalib gəlib. Bu qalibiyyətlə Melyunas Yediminasın yetirmələri turnir cədvəlində ikinci sıraya yüksəliblər. Gəncənin heyətində 38 xal toplayan Jared Small oyununun qəhrəmanı olub. Kollin Törner isə 14 xal və 10 məhsuldar ötürmə ilə dabl-dabl edib.