• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 21.04.2023 12:33

Şəhid məzunların xatirəsi anılıb

KepezTV Player

Gəncə Dövlət Universitetində şəhid məzunların xatirəsi yad edilib. Vətən müharibəsində qazanılan qələbədən söz açılaraq tarixi zəfərin əldə edilməsində şəhidlərin, qazilərin, müharibə iştirakçıların misilsiz xidmətləridən danışılıb. Universitetin bir zamanlar parta arxasında əyləşən tələbələrinin də düşmənə döyüş meydanında qan uddurduqları vurğulanıb. Onlardan 13 nəfəri isə şəhid olaraq ən ali zirvəyə ucalıblar. Həmin şəhidlərin Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildikləri xatırladılıb. Ali məktəbin tarix-coğrafiya fakultəsinin təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları Şəhidlər Xiyabanında da olaraq vətəni hər şeydən üstün tutan qəhrəman oğulların məzarlarını ziyarət ediblər, qəbrləri üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub. Ardından şəhid olan məzunların ailələri ziyarət edilib. Onlara vətənə layiqli övlad yetişdikləri üçün təşəkkür ifadə olunub. Döyüş yollarında söz açılaraq ailə üzvlərinə sovqatlar təqdim edilib.

Rufan Həsənov  GDU-nin Tarix-coğrafiya fakültəsinin dekanı: Bu günləri bizim məqsədimiz bayram öncəsi bu şəhid ailələri ilə görüşmək, şəhid ailələrinin, deməli bunların dərdlərinə, sərlərinə şərik çıxmaq, bayramlarını təbrik etmək. Bu bizim borcumuzdur. Mən bu günləri doğurdan da çox sevindim ki bu tədbiri biz təşkil edəndə bütün tələbələr demək olar ki çox yüksək səviyyədə fəallıq göstərdilər. Bu günləri bu gəncliyin Azərbaycanda, Azərbaycan dövlətinə, Azərbaycan rəhbərliyinə, bizim Ali baş komandanımıza sədaqəti göstərir. Şəhidlərimizin, əziz şəhidlərimizin ruhuna hörmətini göstərir. Bu günləri biz lazım olan, gücümüz çatan şəhid ailələrinə, gücümüz çatan köməkliyi göstərməyə hazırıq.