• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 21.04.2023 12:41

Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib

KepezTV Player

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır. Ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyev bayram ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. “Ramazan bayramınız mübarək!”- deyə paylaşımda qeyd edilir.

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva da insanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. "Bu bayram hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”-deyə instaqram hesabındakı paylaşımda bilirilib.