Ümummilli lider Heydər Əliyevin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Musiqimiz, teatrımız və kino sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. Azərbaycanı müstəqilliyini itirməsi təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Həmçinin, çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndər özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Ona görə də, biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Hakimiyyətə gəldiyi ilk gündən gördüyü çox mühüm, gələcəyə hesablanmış addımlarından biri də azərbaycanlılar arasında birlik yaratması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirməsi idi.
Heydər Əliyevin xalqı, Vətəni qarşısında gördüyü işlərdən, göstərdiyi xidmətlərdən yaşadığı ömür qədər danışılsa belə, yetərli olmayacaq. O, həyatını öz xalqına həsr edirdi. Həmin dövrdə respublikada yüzlərlə zavod, fabrik sahələri yaradıldı. Azərbaycan böyük bir tikinti meydanına döndü. Bakı şəhərinin və rayonların siması tamamilə dəyişib, müasir olmuşdu. Hər an harada olursa olsun vətənini, xalqını düşünmüş və xalqına xidmət etmişdi. Heydər Əliyev ölkəni qarış-qarış gəzirdi, səfərlərdə maşının pəncərəsini endirib, onu salamlayan insanlara əl edərdi. Onun təhlükəsizliyini qoruyan mühafiziçilərin etirazına baxmayaraq hər zaman xalqın içində idi. Hakimiyyətdə olduğu illər ərzində hər zaman xalqla, sıravi insanlarla bir arada olub, onların hər birinin problemləri ilə şəxsən maraqlanıb, diqqət və qayğı göstərib.
Ulu öndər Heydər Əliyevin də dediyi kimi- insan ümidlə yaşamalıdır və insan inanmalıdır ki, hər şeyə nail olacaq. Həyat tam qara deyil, onun işıqlı tərəfi də var, qaranlıq tərəfi də. Biz də Ulu Öndərimizin işığından ilham alaraq gələcəyimizə ümidlə baxırıq.
- Baxış: 288