• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 18.04.2023 12:10

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

KepezTV Player

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün YUNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd isə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Hər il bu tarixdə abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Vaxtilə yaradılan abidələr, yaşayış yerləri zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir.

Hüseyn Bəxtiyarlı- GDU Ümumi tarix kafedrasının Dosenti, Tarix üzrə Fəlsəfə dokturu: “Əlbəttə Azərbaycan ərazisi tarixən insan yaşayış məskənləri ilə zəngin olmuşdur və bunu tarixi abidələrimiz tamamilə təsdiq edir. İstər ölkənin Cənubunda , istərsə də  Şimalında olan abidələr deməyə əsas verir ki, tarixən Azərbaycanda ümumiyyətlə həm yaşayış,  həm də eyni zamanda şəhər və digər formalı sivilizasiyalar olub. Bakı şəhərində həmçinin, Şamaxıda, Şəkidə, Mingəçevirdə, Qazaxda və Dağlıq Qarabağ ərazisində də tarixən insan yaşayış məskəni olduğuna görə, xarici basqınlara və qüvvələrə qarşı qorunmaq üçün vaxtı ilə qalalar və abidələr inşa edilmişdir”.

Əcdadlarımızın bizə əmanəti olan, tarixin sirlərini daş yaddaşında saxlayan bu abidələr dəyərli mədəniyyət nişanəsidir. Milli-mənəvi sərvətlərimizi qoruyaq və gələcək nəsillərə ötürək.

Lalə Bağırova