• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2258
— 18.04.2023 10:03

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər

KepezTV Player

Qars şəhərində keçiriləcək ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyəyə yola salınıb. Təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.