• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 17.04.2023 20:12

Başlıbel faciəsinin qurbanları anılıb

KepezTV Player

Kəlbəcər rayon İcara Hakimiyyəti tərəfindən ermənilərin Başlıbel kəndində törətdikləri faciənin növbəti il dönümü münasibəti ilə tədbir keçirilib. Gəncədə kəlbəcərlilərin məskunlaşdığı qəsəbədə keçirilən anım tədbirində Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi cinayətlərdən biri olan Başlıbel hadisəsinin ən qəddar faciələrdən olduğu vurğulanıb. Kəndin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər dinc və silahsız sakin güllələnərək qətlə yetirilib. 19 nəfər girov götürülüb. Erməni quldurları qadın, uşaq və yaşlılara qarşı amansız terror törədiblər. Tədbirdə Başlıbel faciəsinə həsr olunan film də nümayiş olunub.