KepezTV Player
Dövlət imtahan Mərkəzi tərəfindən Gəncədə ikinci zona üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan səhər saat 11-də başlayıb və 9 binada baş tutub. Prosesə 191 nəzarətçi müəllim, 9 ümumi rəhbər və 24 imtahan rəhbəri cəlb olunub. Ümumilikdə imtahanda 2294 şagird iştirak edib. Şagirdlərə 3 saat ərzində riyaziyyatdan 25, ana dilindən 30, xarici dildən 30 test sualı, eləcə də dinləmə mətni verilib. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
- Baxış: 363