• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 16.04.2023 19:58

Son bir həftə ərzində İrəvan Bakıya qarşı üç təxribat törədib

KepezTV Player

Azərbaycan bayrağına qarşı İrəvanda edilən barbarlıq ermənilərin bu həftə ərzində Azərbaycana qarşı törətdiyi sayca 3-cü təxribat idi. 1 həftə ərzində bir millətin hissiyatına toxunan 3 təxribat. Heç də az deyil. Özü də bütün bunlar Azərbaycanın sülh danışıqlarına çağırışı fonunda baş verir. ermənistan görəəsn bütün bunlarla nə etmək istəyir?

Birinin ağrı-acısı səngiməmiş, növbətisinə əl atdılar. Ermənistan Azərbaycana qarşı son 1 həftədə 3 böyük təxribat törətdi. İlk hadisədə Aprelin 11-də Laçın rayonu istiqamətində erməni Təxribatının qarşısını alarkən ordumuzun 3 hərbi qulluqçusu şəhid oldu. Düzdür, ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində azaraq itkin düşən 2 əsgərimizin əsir götürülərkən işgəncələrə məruz qalması ermənilərin revanş hissinin həddini göstərdi. Bütün bunlar azmış kimi Aprelin 14-də Avropa çempionatının açılış mərasimində dövlət bayrağımızın yandırılması daha bir barbarlığın, vəhşiliyinin sübutu oldu.

Rəsmi İrəvan bu əməllərindən irəli gələn məsuliyyətdən boyun qaçırmağa çalışsa da fakt fakt olaraq qalır: Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini pozur, regional sülh və təhlükəsizliyi təhdid edir.

Bütün hallarda, Ermənistanın əməllərini beynəlxalq ictimaiyyət də qınamalıdır. Siyasi analitiklərin qənaətincə, beynəlxalq prinsiplərin məsuliyyət sahiblərinə işləməsi mütləqdir.