• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 15.04.2023 15:36

Slovyansk şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 8 nəfər ölüb, 21 sakin yaralanıb

KepezTV Player

Rusiya silahlı qüvvələri Ukraynanın şərqindəki Slovyansk şəhərini vurub. Hadisə nəticəsində azı 8 nəfər ölüb, 21-i isə yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski şəhərə endirilən raket zərbəsini növbəti terror hücumu adlandırıb. O, ölkəsinin NATO-ya üzvlüyü məsələsinə də toxunub. 

Volodimir Zelenski Ukrayna Prezidenti : Hazırda Donetsk vilayətinin Sloviansk şəhərində xilasetmə əməliyyatları davam edir. Bu, terror aktıdır. S-300 raketləri yaşayış məntəqələrini, adi mülki binaları vurub. Dağıntılar altında hələ də insanlar var. Bu gün mən Avro-Atlantik regionuna inteqrasiya, Ukrayna və NATO-nun potensialının birləşdirilməsinin qaçılmazlığı ilə bağlı görüş keçirdim.  Biz bu günə qədər alyansa qoşulmağımıza mane olan illüziyaları yox etmək istəyirik, müvafiq addımlar atırıq. 

Ukraynada müharibə nəticəsində indiyə qədər 469 uşaq həlak olub

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər həlak olan ukraynalı uşaqların sayı isə 469-a çatıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, 2022-ci ilin fevralın 24-dən indiyədək 948 azyaşlı yaralanıb, ümumilikdə 11 258 uşaq itkin düşmüş hesab olunur. Bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv hərbi əməliyyatlar davam edən yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə işlər davam edir.