KepezTV Player
Gəncə şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti göz müayinəsi aksiyası keçirilib. Aksiya Sosial Xidmətlər Agentliyinin 4 saylı Psixonevroloji Sosial Xidmət Müəsisəsində təşkil edilib. Şəhər Oftalmoloji xəstəxanasının həkimləri təxminən 100 nəfərə yaxın şəxs müayinədən keçirilib. Aksiyanın məqsədi müəsisənin sakinlərində göznən bağlı erkən problemlərin aşkar edilməsi, profilaktik müayinə aparmaqla xəstəliklərin müalicəısini təşkil etməkdir.
- Baxış: 312