KepezTV Player
Goranboy şəhərinin Alı Mustafayev küçəsi, məhəllə 5 ünvanında Əliyev Fuad Məmməd oğluna məxsus mərkəzi ticarət bazarında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, gigiyena qaydalarına ciddi riayət olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
- Baxış: 524