• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 13.04.2023 20:17

Genetikanın heyvandarlıqda əhəmiyyəti izah edilib

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Genetik sahədə beynəlxalq təcrübə” mövzusunda interaktiv elmi-praktiki seminar keçirilib. Türkiyə və Rusiyadan dəvət olunan mütəxəsislər Respublikanın 20-ə yaxın şəhər və rayonundan olan 50 fermer və heyvandarlıq üzrə mütəxəsisə genetika və onun üstünlükəri barədə yenilikləri çatdırıb. Genetikanın XXI əsrin ən aktual sahələrindən biri olduğu, həmçinin heyvandarlığın genetikasız inkişafının qeyri-mümkünlüyündən danışılıb.  Heyvanların sortu və xəstəliyə dözümlülüyünün də genetik sahə ilə öyrənildiyi vurğulanıb. Eləcə də ölkəmizə idxal olunan, genetik potensiallı, irsi dəyişkənliyi olmayan, təmiz qanlı heyvanların da genetikasının öyrənilməsinin vacibliyinə diqqət çəkilib. Heyvanların regionlar üzrə saxlanılma şəraitinin məshuldarlığa təsirində də danışılan seminarda iştirakçıları maraqlandıran suallar cavablandırıb.