Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat turnirinin seçmə mərhələsi başlayıb. Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Gəncə filialı üzrə yarışda Nizami yurdundan 40-a yaxın, eləcə də Şərqi Zəngəzur filialında qeydiyyatda olan eyni sayda iştirakçı qalib olmaq üçün mübarizə aparıb. Şahmat məktəbində baş tutan birincilik rapid növü üzrə keçilib və 5 oyundan ibarət olub. Turnirdə yaşı 50-dən yuxarı olan pensiyaçılar zəkasını yoxlayır.
- Baxış: 474