Sağlam olanın ümidi, ümidi olanın hər şeyi var, deyərlər. Bəzən hər şeyimiz var olar, amma tamam olmaz. Tamamlanması üçün də müəyyən dəyişikliklər etmək istəyərik ki, elə bu gün süjetimizdə də dövrün aktual mövzusu olan burun-boğaz xəstəlikləri və rinoplastikadan danışacağıq.
Burun boşluğu xəstəlikləri vaxtında tədbirlər görülmədikdə ciddi narahatlıq yarada bilər. Burun həm qoxu, həm də tənəffüs funksiyalarını yerinə yetirən orqandır. Bu səbəblə burunda yarana biləcək hər hansı narahatlığa qarşı laqeydlik etmək olmaz. Burnun öz funksiyasını yerinə yetirə bilmədiyi nöqtələrdə, ürək xəstəlikləri və ya ağciyər xəstəlikləri ilə rastlaşa bilərik. Bundan əlavə, xəstələrin həyat keyfiyyətinə böyük ölçüdə mənfi təsir göstərir. Burun boşluğu xəstəliyindən əziyyət çəkən, həm də xarici görünüşünə önəm verən müsahibimizin yanına yollandıq ki, mövzunu daha ətraflı aydınlaşdıraq.
İlkin Quliyev- “Hər bir insan xarici və daxili görünüşündən əziyyət çəkir. Mən də o insanlardan olduğum üçün, həm daxili xəstəliklərimi, həm də xarici görünüşümdə olan problemləri aradan qaldırmaq üçün əlimdən gələn maddi-mənəvi hər şeyi edirəm. Hal-hazırda da dəbdə olan rinoplastika əməliyyatı da buna daxildir. Burun xəstəlikləri olan - çəpər əyriliyi, artıq ət problemləri vardır ki, insanın rahat yatmasına maneələr törədir”.
Müsahibimizin dediklərinə əsaslanaraq deyə bilərik ki, burun haqda danışarkən son dövrlərdə hər kəsin arzusuna çevrilən, rinoplastika əməliyyatları olduqca dəbdədir. Kimisi elə dəbə görə, kimisi də sağlamlıq naminə bu əməliyyatları həyata keçirir.
Alimlər deyir ki, sağlamlıqdan böyük sərvət yoxdur. Odur ki, nə olursa olsun sağlamlığımızı əldən verməyək.
- Baxış: 287