• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 14.04.2023 12:07

BQXK-dan Ermənistanda işgəncə görən hərbçimizlə bağlı açıqlama

KepezTV Player

Beynəlxalq Qızıl Xac Komitəsi iki Azərbaycanlının məsələsi barədə məlumatlıdır. Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş cəkməkdir. Bu barədə Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Mandatına uyğun olaraq, Beynəlxalq Qızıl Xac Komitəsi başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb. Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.