• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 14.04.2023 10:08

Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Aprelin 8-də Ağstafa sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Məlum olub ki, yumruq və təpiklə zərərçəkənə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib. Ötən gün isə qadənın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub. Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov saxlanılıb.