• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 13.04.2023 12:33

Goranboyda fermadan 6 qumbara və digər sursatlar tapılıb

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib. Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.