• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 12.04.2023 12:01

Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm qəsəbəsindəki fərdi yaşayış evlərindən və fermadan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla rayon sakini Qoşqar Hüseynovun cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki fermadan 10 baş xırda buynuzlu heyvan, fərdi yaşayış evlərindən elektriklə məişət və inşaat avadanlıqları, naqil, geyim dəsti və digər əşyaları oğurlayaraq satması məlum olub. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbiri nəticəsində Qoşqar Hüseynovun yaşadığı evdən 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.