• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 12.04.2023 12:08

Ermənistanın təbliğat maşını özünü ifşa etdi

KepezTV Player

Ermənistan ordusu aprelin 11-də Laçın istiqamətində təxribat törətməklə daha bir çıxılmaz duruma düşdü. İddiaları ilə real vəziyyəti üst-üstə düşməyən ermənilər ağır itkilərə məruz qaldı. Hakimiyyətin verdiyi qərarsa belə oldu: itkilərin sayı geniş ictimaiyyətdən gizlədilsin. Odur ki, Ermənistan proseslə bağlı "fake news" hücumu başlatdı. Ermənilər gözlənilməz hərbi həmlənin Azərbaycan tərəfindən edildiyini iddia edir. Bildirirlər ki, azərbaycanlılar erməni korpus komandiri ilə danışığa gələnlərə atəş açıblar. Daha bir "fake xəbər"də iddia edirlər ki, Azərbaycan hərbçiləri gözlənilmədən erməni səngərinə daxil olub. Bu da çoxlu sayda təlafatla nəticələnib. Prosesdə o qədər qarışıqlığa yol veriblər ki, alınmayan birinci yalnışlığın arxasında ikinci yalanlarını gündəm ediblər. Əslində isə əməliyyatı da ermənilər başladıb. Gərginlik yaratmağa da məhz onlar cəhd edib. Məqsədləri isə əməllərindən daha dəhşətlidir. Bir: Ermənistan Xankəndindəki erməni əsilli Azərbaycan vətəndaşlarını qorxutmağa çalışır. Hətta Xankəndi ermənilərinə terror məqsədilə hərbi təlimlər keçirildiyi haqda məlumatlar da yayırlar. Bununla isə Ermənistan Xankəndi ilə yarana biləcək xoş münasibəti zədələmək istəyir. İki: Rusiya sülhməramlı kontingentinin bölgədəki davranışı Ermənistanı qane etmir. Laçında törədilən təxribatla Paşinyan Rusiyaya göstərməyə çalışır ki, o, Cənubi Qafqazdakı mövqelərini itirir. Üç: Ermənistan həmçinin Avropanın diqqətinə çatdırır ki, göndərdiyi 300 nəfərlik sabiq hərbçilərdən ibarət Avropa İttifaqının Müşahidəçi Missiyası heç nəyə yaramır. Ən sonuncusu, Ermənistan Rusiya sülhməramlı kontingentinin tərkibinə SEPAH hərbçilərinin daxil edilməsi haqda öz yerli mediyası vasitəsilə gündəmə gətirdiyi informasiyanın reallaşmasına çalışır. İrana mesaj verir ki, Cənubi Qafqazda sülh bərqərar olarsa, Azərbaycan bütün regional layihələri reallaşdıracaq və bu durum İrana sərfəli deyil. Ermənistanın digər məqsədi Azərbaycan ictimai rəyində çaşqınlıq yaratmaqdır. Ancaq unutmamalıdırlar, Azərbaycanda mövcud olan xalq hakimiyyət, xalq ordu birliyi sarsılmazdır. O da gün kimi aydındır ki, bu və ya digər formada Azərbaycan Erminstanı sülhə məcbur edəcək.