• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 12.04.2023 12:08

Təxribatlar Ermənistana baha başa gələcək

KepezTV Player

Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirdiyi, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutduğu, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırdığı müşahidə edilir. Bəlkə də Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Avromissiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Amma qarşı tərəf unudur ki, dəmir iradə, güclü ordu, peşəkar hərbçiləri olan Azərbaycan düşməni yerində otuzdurmağı bacarır. Və şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə də mütləq cavab verir və verəcək. Çünki vəziyyət tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır.