KepezTV Player
Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının və Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzini vərdişə çevir” adlı tədbir keçirilib. Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən ictimaiyyət nümayəndələri, idmançılar və gənclər iştirak ediblər. Çıxış edənlər sürətlə inkişaf edən texnologiyaların gəncləri passiv həyat tərzinə yönəltdiyini, idmandan uzaq saldığını qeyd ediblər. Gənclərin zərərli vərdişlərdən uzaq durması, sağlam həyat tərzini rəhbər tutması. bu istiqamətdə maariflənmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Gəncləri maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılıb və belə tədbirlərin mütəmadi keçiriləcəyi diqqətə çatdırılıb.
- Baxış: 172