• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2128
— 11.04.2023 16:52

Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi

KepezTV Player

Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb. Görünür Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.