Yaşamımızın müəyyən dövrlərində bir çox təbii hadisələr baş verir ki, onlar arasında haqqında daha az məlumatlı olduqlarımız var. Maqnit qasırğası da bu sıradandır. Mütəxəssislərin rəyinə əsasən, cari ilin aprel ayında güclü maqnit fırtınalarının olma ehtimalı böyükdür. Qarşıdakı süjetdə son zamanlar adını tez-tez eşitdiyimiz, amma nə olduğu barədə az təsəvvürümüz olan bu təbiət olayı haqda danışacağıq.
Maqnit qasırğası digər təbii proseslərdən fərqli olaraq 11 ildən bir təkrarlanır. Günəşin səthində baş verən müəyyən dəyişiklilər və partlayışlar Günəş-Yer əlaqələrinə böyük ölçüdə təsir edir. Bəs görəsən maqnit qasırğası necə yaranır? Günəşdən ayrılan ion hissəciklər yer səthinə doğru hərəkət edir və dalğalar günəş fırtınlarına – daha dəqiq ifadə etsək digər adıyla maqnit qasırğalarına gətirib çıxarır. Bu hadisə təkcə canlılara mənfi təsir etmir.
Təbii ki, maqnit qasırğası müşahidə edilən günlər xroniki xəstəlikləri olan, meteohəssas insanlar maksimum diqqətli olmalıdırlar.
Səhhətimizi qorumağa gəlincə, həkimlərin müəyyən sadə tövsiyələrinə əməl etməklə maqnit qasırğasından təsirsiz ötüşmək mümkündür.
Bildirək ki, mütəxəssislər tərəfindən aprelin əvvəlindən xəbərdarlıq olunub ki, ayın bəlli günlərində maqnit qasırğasının olma ehtimalı böyükdür. Aprelin 20-21 aralığında isə insanlar daha diqqətli olmalıdırlar. Çünki həmin günlər Günəş fırtınları 6 bal gücündə olacaq ki, bu da orqanizmdə mənfi fəsadlar törədə bilər.
Orxan Cəfərzadə
- Baxış: 290