• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 11.04.2023 21:05

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıblar, barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Həmçinin, keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. "Mercedes" markalı avtomobilin sürücüsü, rayon sakini Bayram Allahverdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.