• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 10.04.2023 16:25

"Kəpəz" yenidən ev oyunlarını Qəbələdə keçirəcək

KepezTV Player

Peşəkar Futbol Liqasının məlumatına görə buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin çempionat matçlarını qəbul etmək üçün yararsız hala düşməsidir. Bununla əlaqədar PFL Qərb təmsilçisinin müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib. Beləliklə, "Kəpəz" 30-cu turda "Turan Tovuz"la, 32-ci turda isə "Sumqayıt"la Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matçlar müvafiq olaraq aprelin 15-i və 29-da olacaq və saat 16:00-da başlayacaq. Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra klubun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək. "Kəpəz" mövsümün əvvəlində də stadion probleminə görə, bir müddət ev matçlarını Qəbələdə keçirməli olub.