Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.04.2023 20:00
Respublika birinciliyə seçim xarakterli zona yarışı baş tutub
KepezTV Player
Gəncədə 15 yaşadək güləşçilər arasında yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilib. Qərb bölgəsinin şəhər və rayonlarını təmsil edən yeniyetmə idmançıların qüvvəsini sınadığı yarışda 90-a yaxın güləşçi xalça üzərinə çıxıb. Qaliblər 10 çəki dərəcəsində müəyyənləşiblər. Birincilikdə ilk 3 yeri tutanlar gələn ay Bakıda keçiriləcək respublika yarışına vəsiqə qazanıblar. Paytaxtdakı final mərhələsində isə öz çəkisində qalib olan güləşçilər Macarıstanda baş tutacaq Avropa çempionatına qatılmaq hüququ əldə edəcəklər.
- Baxış: 600
