• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 08.04.2023 20:11

"Gəncə"dən ilk ev məğlubiyyəti

KepezTV Player

Azərbaycan Basketbol Liqasının 25-ci turu çərçivəsində “Gəncə” evdə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib. Çempionluq uğrunda mübarizə aparan komandaların dueli gərgin keçib. Qarşılamaya yaxşı başlamayan ev sahibləri sonradan azarkeşlərin böyük dəstəyi ilə vəziyyəti xeyirlərinə dəyişə biliblər. Hücumda kəsəri artıran və məhsuldar atışlarla önə keçən “Gəncə” müdafiə xəttində də uğurlu çıxış edərək rəqibə xal qazanmağa da izn verməyib. Sona doğru görüş başa-baş şəraitdə keçib. Oyunun bitməsinə az qalmış hesab 84-84 olub. Ancaq son saniyələrdə 3 xallıq atış yerinə yetirən “Sabah” yekunda 87-84 hesabıyla qalib gəlib. "Sabah" liderliyə yüksəlibsə, "Gəncə" 3-cü pilləyə düşüb. 

Jared Smoll- “Gəncə”nin oyunçusu: “Oyun yetərincə gərgin keçdi. Yaxşı oynamadıq. Rəqib oyunçular son saniyələrdə vacib bir məqamda dəqiq atışlar etdilər. Onları təbrik edirəm. Bu məğlubiyyəti unudub, gələcək oyuna köklənməliyik. Çünki pley-offa yüksəlmək üçün qarşıdakı oyunlarda mütləq qələbə qazanmalıyıq. Çempionluq üçün əla imkanlarımız var. Özümüzü liqanın ən yaxşılarından hesab edirik. Heyətdə güclü basketbolçularımız var. Özümüzə əminik. Düzdür, bu qarşılaşmada yenilsək də, gələcək görüşlərə hazırıq”.